Aşura günündə qan verən 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 16 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb


Digərləri 28 Sen 2018 14:28:00 204 0

Aşura günündə qan verən 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 16 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb

Aşura günü qan verən 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - Aşura günü qan verən 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb. Aşura günü qan verən 5 min 539 nəfərin qanının yoxlanılması B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilir. Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılır. Müayinələrdə skrining keçirilir və infeksiya baxımından şübhəli olan qanlar barəsində müvafiq müəssisələrə məlumat verilir.