Ekologiya və Təbii Sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edib


Digərləri 28 Sen 2018 14:28:20 171 0

Ekologiya və Təbii Sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən sentyabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edib. Qəbuldan əvvəl nazir Muxtar Babayev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.