Məktəbdə qızın hicabını açdılar, dava düşdü


Digərləri 28 Sen 2018 13:41:00 283 0

Məktəbdə qızın hicabını açdılar, dava düşdü

Sən terrorçusan ki, başını bağlayıbsan?!

Bu sözləri deyən 15 yaşlı oğlan 13 yaşlı qızın başındakı hicabı açıb, yerə atıb.

Hicablı qız qışqırıb, onun səsinə sinif yoldaşları gəlib. Dava başlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Cənubi Yorkşir qraflığındakı Şeffild şəhərində yerləşən "Fir Vale" məktəbindəki dava az sonra böyüyüb.

Məktəbin yeməkxanasındakı insidentin səbəb olduğu davada 100-dən artıq şagird iştirak edib.

Əslən Şərqi Avropadan olan 15 yaşlı oğlanın 13 yaşlı yəmənli qızın başındakı hicabı açmasının yaratdığı olayda onlarla şagird xəsarət alıb.


Xəbərə aid fotolar