Azərbaycanlı qadın Avstriyada həbsxananı yandırdı FOTO


Dünya 28 Sen 2018 13:45:35 225 0

Azərbaycanlı qadın Avstriyada həbsxananı yandırdı  FOTO

Azərbaycan vətəndaşı olan 43 yaşlı qadın Avstriyanın Zalsburq şəhərində həbsxanada yanğın törədib.

Son.az Die Welt-ə istinadən bildirir ki, qanunsuz miqrantların saxlandığı həbsxanadakı yanğında bir neçə nəfər xəsarət alıb.

İnsident şəhərin Alpenştrasse küçəsində yerləşən Gernalser Gürtel müvəqqəti istintaq təcridxanasında (Anhaltezentrum Hernalser Gürtel) dünən yerli vaxtla 17.30-da baş verib. Azərbaycanlı miqrant qadın kamerasındakı döşəyə od vurub. Az sonra güclü tüstü ətrafa yayılıb.

Mərkəzdəki 54 yaşlı avstriyalı yanğın barədə xəbər verib.

Hadisə yerinə cəlb olunmuş 22 yanğınsöndürən alovların qarşısını alıblar, yanğını söndürüblər.

Yerli polisin mətbuat xidmətinin rəhbəri Nina Laubiçlerin dediyinə görə, azərbaycanlı qadını deportasiya gözləmirdi. O, inzibati qayda pozuntusuna görə tutulubmuş.

Yanğının səbəbkarı olan 43 yaşlı azərbaycanlı qadın qonşu kameralarda saxlanan 7 miqrant və 3 yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə "Landeskrankenhaus Salzburg" klinikasına aparılıblar.


Xəbərə aid fotolar