DİQQƏT! Şəxsi yazışmalarınız


Digərləri 28 Sen 2018 13:50:00 228 0

DİQQƏT! Şəxsi yazışmalarınız

"Mesajlaşma proqramlarında  şəxsi yazışmalar oxunurmu?" sualı son zamanlar ən aktual mövzulardan birinə çevrilib. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına çıxmasına dair reportaj hazırlanıb. Məsələn, "Messenger"də kiməsə "mən filan markalı smartfon alacam" yazırsansa, bir müddət sonra həmin markanın reklamı sizə göndərilir. Bu, nə deməkdir və necə baş verir? Rəşad Əliyev - İT mütəxəssis: "Əslində, bu tip məlumatların verilməyi sosial mühəndislik adlanır. Yəni, sənin özünün xəbərin olmadan paylaşdığın məlumatların mənimsənilməsi və generasiyası prosesi gedir. Bu tip hallara dünyada çox rast gəlinir". Ona görə də proqram yükləyərkən sizdən müəyyən icazələr istənilir. Siz də oxumadan hər şeyi qəbul edirsiz. Bununla da həmin proqramlar sizin məlumatlarınızdan, yazışmalarınızdan açar söz kimi istifadə edə bilər. Orxan Rza - Proqramçı: "Bu da sonradan təhlükə yaradır. Çünki bütün informasiyalar toplanır, sonradan istər spam mesajlar olsun, istər digər kontentlər olsun, sizə göndərilir, bu tip proqramları yükləməklə siz təkcə özünüzə yox, həm də telefonunuzda olan başqa insanların məlumatlarını da təhlükə altında qoyursuz". Çünki istənilən yazışma proqramı bir-birinə e-mail ünvanı və mobil nömrələrlə əlaqəlidir. Bununla hətta sizin telefonunuzda olan digər nömrələrə də belə reklam mesajları və ya spamlar gedə bilər. Rəşad Əsgərov - Sosioloq: "Bu məsələdə insanlarda müəyyən qədər çaşqınlıq hissi yaranır. Bununla da həmin şəbəkələrdən istifadə edən insanların sayı azalır. Sosial şəbəkələrdən istifadə edənlər qəliz kodlar və identifikasiya sistemi ilə məlumatların oğurlanmasının qarşısını ala bilərlər". Yazışma proqramlarında vaxtilə kiməsə yazdığınız sözə uyğun olaraq reklam mesajlarının gəlməsinin qarşısının alınması isə çətindir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar