Dövlət Gömrük Komitəsinin sədri Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib (FOTO)


Digərləri 28 Sen 2018 13:40:00 231 0

Dövlət Gömrük Komitəsinin sədri Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib (FOTO)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Sentyabrın 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib. Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstəsi qoyub. Eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq görülmüş geniş quruculuq işləri, o cümlədən müasir infrastruktur ilə tanışlıq olub. Səfər Mehdiyev kənd məktəbində müəllim və şagirdlərlə görüşüb, məktəbə Dövlət Gömrük Komitəsi adından kompüter və kondisioner hədiyyə edib. Həmçinin Komitə sədri yerli sakinlərlə görüşüb, onların şəraiti və qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, Cocuq Mərcanlı kəndində görülən işlər və yaradılan şərait ölkəmizdə hər bir sahədə gedən dinamik inkişafın bariz nümunəsidir.