"Deyirlər ki, altındakı maşını niyə satmır?" Tünzalədən onu qınayanalara cavab


Şou-biznes 28 Sen 2018 12:24:00 272 0

"Deyirlər ki, altındakı maşını niyə satmır?"  Tünzalədən onu qınayanalara cavab

ATV-də yayımlanan "BizimləSən" verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin ödənilməsi üçün yardım kampaniyası davam edir. 

Sosial şəbəkə istifadəçilərinin bir çoxu isə aktrisanın bahalı avtomobilinin olmasını qeyd edərək, onun insanlardan yardım istəməsini qınayır.  Son.az baku.ws-ə istinadən xəbər verir ki, növbəti dəfə studiyaya gələn Tünzalə Əliyeva onu qınayanlara canlı efir vasitəsi ilə müraciət edib.  Aktrisa bunları deyib: "Hamı yazır ki, altında maşını var, niyə satmır? Bu günə qədər də o maşın məsələsi həll olunmayıb. Bir ildir o maşının üstündə stress yaşayıram. Ay qurban olum sizə, sata bilmirəm. Niyə məni qınayırsınız? Halal zəhmətimlə maşın aldım, üstündən 1 ay keçdi və məlum oldu ki, maşının məndən öncəki sahibləri ilə problemləri var. Axırıncı məhkəməni udmuşam, amma aylar keçməlidir".

Son.az