İstanbulda artıq 4 gündür dəniz reysləri dayanıb


Dünya 28 Sen 2018 12:28:00 264 0

İstanbulda artıq 4 gündür dəniz reysləri dayanıb

İstanbulda dəniz reysləri artıq dördüncü gündür ki, təxirə salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə Təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin bu gün günboyu davam edəcəyini proqnozlaşdırıblar.