Ermənistanın birinci ledisi ərinə qarşı çıxdı


Dünya 28 Sen 2018 11:47:00 299 0

Ermənistanın birinci ledisi ərinə qarşı çıxdı

Ermənistanın birinci ledisi Anna Akopyan oktyabrın 6-da məşhur rusiyalı qadınları Dağlıq Qarabağa gətirəcək.

Son.az modern.az-a istinadən xəbər verir ki, səfər proqramı zamanı rusiyalı qadınlar ön xəttə gətiriləcəklər və guya, oradan Azərbaycanla Ermənistan arasında sülh çağırışları səsləndiriləcək.

"Onlar oktyabrın 5-də Ermənistana gələcəklər. Oktyabrın 6-da birinci ledinin müşayiəti ilə ön xəttə gedərək, sülh çağırışları edəcəklər", - deyə Anna Akopyanın ofisindən açıqlama verilib.