Sərnişin təyyarəsi okeana düşdü
Dünya 28 Sen 2018 11:48:00 222 0
Papua-Yeni Qvineyanın "Air Niugini" aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsinin qəzası ilə bağlı araşdırmalara başlayıb.
Son.az Pacific Daily News-a istinadən bildirir ki, Mikroneziya Fkederativ Ştatlarındakı Ponpey şəhərindən Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbiyə uçan təyyarə Çuuk adasında limana enməli idi.
PX73 reysi ilə uçan təyyarə Mikroneziyada okeana təcili eniş edib.
Təyyarə Çuuk adasındakı Veno beynəlxalq hava limanının uçuş-enmə zolağından 150 metr aralıda suya düşüb.
11 nəfərlik heyət və 36 sərnişin arasında xəsarət alan yoxdur.
Çuuk hava limanının icraçı direktoru Cimmi Emilionun dediyinə görə, sərinişinlərin hamısı həkim müayinəsindən keçib.
Post Courier-in məlumatına görə, təyyarə Veno hava limanında yerə enib, lakin pilotlar təyyarəni dayandıra bilməyiblər və layner uçuş-enmə zolağından çıxaraq okeana düşüb.
TVNZ isə xəbər verir ki, təyyarənin uçuş-enmə zolağında dayanması üçün cəmi 160 metrlik məsafəsi çatmayıb.
İlkin məlumatlara görə, qəzaya səbəb mürəkkəb hava şəraiti olub. Dünən Çuuk adasında leysan yağıb, dava güclü dumanlı olub.
Videonu izləmək üçün şəklə klikləyin: