Ərdoğan: "Türkiyənin Rusiya ilə birgə hərbi əməliyyatlara başlayacağı istisna deyil"


Dünya 28 Sen 2018 11:25:00 286 0

Ərdoğan: "Türkiyənin Rusiya ilə birgə hərbi əməliyyatlara başlayacağı istisna deyil"

Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PYD və YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər.

Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi: