"Həyat yoldaşınla biryerdəyəm"


Dünya 28 Sen 2018 11:00:00 233 0

"Həyat yoldaşınla biryerdəyəm"

İstanbulda yaşayan Birsen Ş. aldadıldığını, ərinin ona xəyanət etdiyi qadından gələn telefon zəngi ilə öyrənib.

Son.az Sabah-a istinadən xəbər verir ki, xəyanət etirafı cinayətlə bitib. Bir şirkətdə çalışan iki uşaq anası Birsen Ş.-ya (37) gələn telefon zəngi zamanı S. adlı qadın "Ərin Ayhanla biryerdəyəm, sevirəm onu. Hər şeyi bilməyin lazımdır" deyib. Birsen Ş. eşitdiklərinə inanmaq istəməyərək telefonu söndürüb.

Ertəsi gün həmin qadın yenidən zəng edib və görüşmək istədiyini deyib. İki qadın Bayrampaşada görüşüb. S. bu dəfə "Ayhanla 5 ay bərabər idim. Birbirimizi sevirdik, amma ayrıldıq. Bir qadın olaraq vicdanım sızladı. Səni bu gün mənimlə aldatdı, sabah hər kəslə aldada bilər. Bu olanları bilməyin lazımdır" deyib.

Eşitdikləri qarşısında dünyası başına yıxılan və ərinin xəyanət görüntülərini də izləyən Birsen Ş. olanları ərindən soruşuncə mübahisə düşüb. "Bunu qaldıra bilmərəm" deyən qadın məhkəməyə müraciət edərək əri Ayhan Ş.-ya (40) boşanma davası açıb. Sonra da ər evini tərk edib, bacısının yanına köçüb.


Xəbərə aid fotolar