"Qarabağ-la oyunlar bizim üçün çətin olacaq"


İdman 28 Sen 2018 10:39:00 246 0

"Qarabağ-la oyunlar bizim üçün çətin olacaq"

"Qarabağ"ın oyunlarının nəticələrini izləyirəm. Hərdən klubun bəzi işçiləri ilə əlaqə saxlayıram. Onların güclü komandası var. "Vorskla" üçün "Qarabağ"la həm ev, həm də xüsusən səfər oyunu çətin olacaq. "Qarabağ" hazırlıqlı komandadır və Avropa turnirlərin təcrübəsi rəqibin tərəfindədir".

Goal.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko Ukrayna mətbuatına müsahibəsində deyib. Hazırda ölkəsi Ukraynanın "Dnepr-1" klubunun şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi "Vorskla"nın "Arsenal"la oyunu haqda danışıb: "Arsenal"ın baş məşqçisi Unay Emerinin meydana döyüşkən heyət buraxması məni təəccübləndirdi. Deməli, "Vorskla"ya hörmət edirlər. Poltavalıların "Emirates" stadionunda iki qol vurmağı və böyük hesablı məğlubiyyətdən qurtulmağı bacardı. Belə müsbət emosiyalar "Vorskla"ya "Zarya" ilə çempionatın prinsipial matçında qalib gəlməkdə kömək etdi".

S.Kravçenko "Vorskla"nın Avroliqada qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Ümid sonda ölür. Hərçənd, açıq danışsaq, "ağ-yaşıllar" çətin ki, sensasiya edə bilsinlər".

Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaqXatırladaq ki , S.Kravçenko 2005-ci ildə "Qarabağ"da çıxış edib.