Gəncədəki terror aktına dəstək verənlərin tam dairəsi müəyyən edilib, axtarışda olan 2 nəfər ölkəyə gətirilib


Digərləri 28 Sen 2018 10:51:00 251 0

Gəncədəki terror aktına dəstək verənlərin tam dairəsi müəyyən edilib, axtarışda olan 2 nəfər ölkəyə gətirilib

Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib".