Dövlət qurumlarında boş olan 1560 yerə qəbul imtahanı keçiriləcək


Digərləri 28 Sen 2018 10:21:00 181 0

Dövlət qurumlarında boş olan 1560 yerə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.