Yardımlıda 22 km uzunluğa malik yolun yenidən qurulması yekunlaşır (FOTO/VİDEO)


Digərləri 28 Sen 2018 10:01:00 250 0

Yardımlıda 22 km uzunluğa malik yolun yenidən qurulması yekunlaşır (FOTO/VİDEO)

Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir.

Bakı. Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir. Söhbət yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolundan gedir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyyətli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis olub. Çünki avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklü idi. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı. Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır. Layihəyə uyğun olaraq Viləş çayı üzərində 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb.