Ronaldonun cəzası bəlli oldu


İdman 28 Sen 2018 09:52:00 303 0

Ronaldonun cəzası bəlli oldu

Goal.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, birbaşa qırmızı vərəqə alan portuqaliyalı hücumçu 1 oyunluq cəzalandırılıb. Beləliklə, o, növbəti turda "Yanq Boyz"la görüşü buraxacaq. Ronaldo ÇL-də sabiq klubu Manchester United-ə qarşı səfər görüşündə isə iştirak edə biləcək.

Çempionlar Liqasının qrup mərhələsində Valencia ilə matçda meydandan qovulan Juventus-un futbolçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.

Qeyd edək ki, Valencia - Juventus matçı qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.