Səlim Müslümova vəzifə verildi


Digərləri 28 Sen 2018 09:39:00 241 0

Səlim Müslümova vəzifə verildi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb.

Milli,Az modern.az-a istinadən xəbər verir ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub. Nazirin yaxınları sayta bildirib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.

"Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. Bu yaxınlarda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyinat alıb. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir".