Ürək xəstəsi olan dörd yaşlı uşağın böyrəyindəki daş xaric edilib


Digərləri 28 Sen 2018 08:52:00 244 0

Ürək xəstəsi olan dörd yaşlı uşağın böyrəyindəki daş xaric edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qeyri-adi üsulla daha bir uğurlu əməliyyat icra olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyat barəsində məlumat verən həkim-uroloq Vasif İsmayıl deyib: "Ciddi ürək qüsuru ilə doğulan uşaq 4 yaşına qədər bir neçə əməliyyat keçirib. Hətta bir il ərzində ancaq süni nəfəs aparatına bağlı şəkildə yaşayıb. Lakin klinikamızda aparılan müalicələrdən sonra hazırda uşaq sərbəst nəfəs ala bilir, gündən-günə inkişaf edir. Lakin onun ürək döyüntülərində yenə də ciddi narahatlıq olduğuna görə dəri altına kardiostimulyator yerləşdirilib. Yəni hazırda xəstənin ürəyi həmin cihazın köməyi ilə işləyir".

Lakin son vaxtlar uşağı digər bir problem-sağ böyrəyində yaranan 8 mm ölçüdə olan daş narahat edirdi. Daşı xaric etməyin bir neçə metodu var idi. Birinci üsul -daşın kənardan qırılması (ESWL)-zərbə-dalğa litotripsiyası. Bu əməliyyat uşaqlarda narkozla aparılır. Xəstənin ürəyində kardiostimulyator olduğuna görə, bu üsuldan istifadə etmək olmazdı. İkinci üsul-aşağıdan uretroskopiya ilə aparılan əməliyyatdır. Ancaq xəstənin yaşının azlığını, ürək qüsuru olduğunu və inkişafdan nisbətən geri qaldığını nəzərə alaraq bu yolu da seçə bilməzdik".


Xəbərə aid fotolar