3 otaqlı ev yanıb


Digərləri 28 Sen 2018 08:22:00 244 0

3 otaqlı ev yanıb

Ağdam rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsiyanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.