Niderlandda terror aktının qarşısı alınıb


Dünya 28 Sen 2018 08:10:00 225 0

Niderlandda terror aktının qarşısı alınıb

Niderlandda hüquq-mühafizə orqanları terror hücumunun hazırlanmasında şübhəli bilinən 7 nəfəri həbs edib.

Trend-in "The Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, qrupun lideri - 34 yaşlı şəxs silahlı terrorçu-intiharçılar vasitəsi ilə keçiriləcək tədbirlərin birində terror aktı törətməyi planlaşdırırdı.

Qeyd olunur ki, terrorçular həmçinin digər yerdə partlayıcı qurğularla doldurulmuş avtomobili partlatmaq planlaşdırırdılar.