Elmar Məmmədyarov Şeyx Mohammed bin Abdulrahman AlTani və Linas Linkeviçius ilə Nyu Yorkda görüşüb FOTO


Siyasət 28 Sen 2018 08:04:00 343 0

Elmar Məmmədyarov Şeyx Mohammed bin Abdulrahman AlTani və Linas Linkeviçius ilə Nyu Yorkda görüşüb  FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani və Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ilə Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında görüşüb.

XİN-dən Son.az-a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə geniş fikir mübadiləsi aparıb və BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə edib.


Xəbərə aid fotolar