"Tarqovı"dakı restoranlar: altı manata qayğanaq, 250 manata şampan FOTO


Digərləri 28 Sen 2018 06:30:00 292 0

"Tarqovı"dakı restoranlar: altı manata qayğanaq, 250 manata şampan  FOTO

Nizami küçəsinə nəzər yetirsək, ötən illərə nisbətən restoranların iki dəfə artdığını müşahidə edərik. Ancaq nə hacətdirsə, axşam vaxtı bu restoranlarda boş yer tapmaq müşkül məsələdir. Halbuki xalqı dindirsən, deyirlər ki, acından ölürük. Bəs bu boyda restoranlarda pul xərcləyib, yeyənlər kimlərdir? Orası müəmmadır.

Bu, başqa bir mövzudur. Keçək əsas məsələyə...

Bəs bu restoranlarda qiymət necədir? Çox yox, üçcə restorana baş çəkib. Qısa da olsa, qiymətlərlə maraqlandıq.

İlk olaraq baş çəkdiyimiz restoran "Fisincan" oldu. Qarışıq rənglər, milli ornamentləri əks etdirən süfrələr və divanlarla bəzənən restoranda beş manata beş qutab yemək şansınız var.

Qiymətlər normaldır, 6-12 manat arası qəlyanaltılar, klab sendviçlər və salatlardan dada bilərsiniz.

Son.az oxu.az-a istinadən bildirir ki, ən bahalı yemək miks kabab sayılır. Onun isə qiyməti 45 manatdır.

Restoranda ən bahalı içkinin dadına baxmaq istəsəniz, bunun üçün 175 manatınızdan keçməlisiniz. "Chivas Regal" adlanan içkinin miqdarı isə 1 litr təşkil edir.

Oradan yolumuzu "Casual Brasserie"dan salırıq. Digər məkanlara nisbətən bir az baha olan bu restoranda soğanlı qayğanaq yemək üçün altı manat ödəmək lazımdır.

Restoranın rəngarəng ab-havası içərisində yeyə biləcəyiniz ən bahalı yemək isə "Dallas Steak"dir. Bunun üçün 36 manat ödəməyiniz kifayətdir.


Xəbərə aid fotolar