Ərdəbildə 20 milyon illik tarix üzə çıxdı


Digərləri 28 Sen 2018 04:30:00 217 0

Ərdəbildə 20 milyon illik tarix üzə çıxdı

İranın Ərdəbil vilayətində 20 milyon illik fil dişi tapılıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Ərdəbilin Kövsər şəhərindəki dəmir yolu çəkilişləri zamanı "Mastodon" növ fil dişi qalıqları aşkar edilib.

2 hissədən ibarət qalıqların hər biri 1 metr uzunluğundadır. Qayaya yapışan fil dişləri 3 günlük fəaliyyətdən sonra çıxarılıb. Sümüklər Təbii Tarix Muzeyinə aparılıb. Bölgədə son iki il ərzində aparılan qazıntılar zamanı zürafə, inək və at növlərinə aid diş, çənə və ayaq sümükləri tapılıb.