Çexiyada süni intellekt imkanları tədqiq edilir


Digərləri 28 Sen 2018 02:30:00 474 0

Çexiyada süni intellekt imkanları tədqiq edilir

IBM şirkəti Praqada "Watson iLab" adlı yeni laboratoriya açıb. Bu laboratoriyanın məqsədi süni intellekt əsasında həllər axtarışıdır. "Watson iLab" laboratoriyasının işçi məkanı hazır həllər dəstlərini bütün Avropa şirkətlərinə təqdim edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni texnologiyaların köməyi ilə yaradılmış orijinal həllərin funksional test yoxlanması 30 nəfərlik qrup tərəfindən həyata keçiriləcək.