Balıq avarçılardan intiqamını belə aldı VİDEO


Digərləri 28 Sen 2018 02:02:00 249 0

Balıq avarçılardan intiqamını belə aldı  VİDEO

Yeni Zellandiyanın Cənub adasında dənizdə üzən avarçılar sürprizlə qarşılaşıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, avarçıların əllərindəki kürəklə uzaqlaşdırdıqları fok balığı bir müddət sonra onlardan qisas alıb. Geri qayıdan balıq ağzındakı səkkizayaqlı dəniz ilbizini avarçının üzünə atıb.

Avarçı nə baş verdiyini dərk edə bilməyib və ani çaşqınlığa düşüb. O, bildirib ki, ərazidə qayıqla üzəndə fok balığı qayığın ətrafında üzməyə başlayıb. Onlar isə kürəklə balığı uzaqlaşdırıblar. Yəqin ki, bu zaman balıq əsəbləşib. Bir müddət sonra fok suya dalıb və yoxa çıxıb. Sonra isə ağzında səkkizayaqlı dəniz ilbizi ilə peyda olub və onu avarçının üzünə atıb.