Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər


Dünya 28 Sen 2018 00:45:00 336 0

Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər

Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Dövlət Dumasının aşağı palatasına minik taksiləri haqqında yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsinə əsasən, Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi ya məhdudlaşdırıla, ya da qadağan edilə bilər.

Jurnalistlərə müsahibəsində Dumanın nəqliyyat və tikinti komitəsinin sədri Yevgeni Moskviçov əminliklə deyib ki, bu cür tədbir taksi sürücülərinin sayının azalmasına və daşıma qiymətlərinin artmasına səbəb olmayacaq. Deputatın sözlərinə görə, son vaxtlar taksilərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artıb, sərnişinlər sürücülərin marşrutu və rus dilini bilməməsindən şikayət edirlər.