"Elimi burakma"nın aktrisasının başına iş gəldi


Digərləri 27 Sen 2018 23:46:00 303 0

"Elimi burakma"nın aktrisasının başına iş gəldi

"TRT1"də yayımlanan baş rollarda aktrisa Alina Boz və aktyor Alp Navruzun oynadığı "Elimi burakma" serialının çəkiliş meydançasında xoşaglməz hadisə baş verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin "Cansu"su, aktrisa Cemre Gümeli mərmər üzərinə yıxılaraq omba sümüyünü sındırıb. İlk tibbi yardımdan sonra çəkilişə geri dönən Gümeli sonradan ağrıların dözülməz hala gəldiyini görüb və həkimə müraciət edib.

Həkim ona 2 həftə yataqdan durmamağı tapşırıb. Bu səbəbdən serialın ssenarisində dəyişiklik edilib.


Xəbərə aid foto