Heç kimə lənət oxumaq olmaz?


Digərləri 27 Sen 2018 23:50:00 327 0

Heç kimə lənət oxumaq olmaz?

Əsasən, radikal düşüncəli sələfi əqidəsində olan şəxslər bu cür iddia ilə çıxış edirlər. Onlar bu yolla Yezid kimi tarixin böyük cinayətkarlarına haqq qazandırmağa çalışırlar. Halbuki, lənətə layiq olan şəxslərə lənət oxumaq günah deyildir.

Son.az islam.az-a istinadən bildirir ki, hətta Allah-Taala Özü Quranda kafirlərə ağır şəkildə lənət deyir: "Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır" (Əhzab, 64). "Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır" (Əhzab, 57). "Allahın lənəti olsun zalımlara!" (Hud, 18). Quranın bundan başqa da bir çox ayələrində Allahin lənətinə düçar olanlardan danışılır. İslam müqəddəsləri, o cümlədən, Həzrət Mühəmməd Peyğəmbər (s) nə qədər mərhəmətli olsalar da, bəzi hallarda xəbis insanlara lənət demişdir. Əlbəttə, lənətdən sui-istifadə etmək və layiq olmayan şəxslərə lənət söyləmək günahdır. Bunun meyarı Quran ayələri, hədislər və şəriət hökmləri ilə təyin edilir.