Hansı namaz mələklər tərəfindən 2 dəfə qeyd olunur?


Digərləri 27 Sen 2018 22:20:00 345 0

Hansı namaz mələklər tərəfindən 2 dəfə qeyd olunur?

Sübh namazının əhəmiyyəti barəsində Əhli-Beytdən (ə) çox sayda hədislər bəyan edilmişdir. Quran da bu namaza böyük əhəmiyyət verərək buyurur: "Namazı (gündəlik vacib namazların dördünü - zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından)batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün)müşahidə olunur". ("İsra" 78).

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "İlk vacib olan namaz zöhr namazı idi". Sonra Həzrət (ə) yuxarıdakı ayəni tilavət edir.

Başqa hədisdə deyilir: "Əgər sübh namazı fəcrin əvvəlində iqamə olunarsa, gecə və gündüz mələklərinin hər ikisi onu qeyd edərlər".

Dinimizdə hər bir şey öz vaxtı və yerində qərar verildiyi kimi, namazın da vaxtı müəyyən olunmuş və müsəlmanlara çatdırılmışdır. Namaz tək ibadətdir ki, Quran adı ilə bəyan edilir. Namazda Quranın tilavət olunması - onun əsil mehvəridir. Namazlar arasında sübh namazının xüsusi məqam və dərəcəsi vardır.