Aşurada hamı şəhid oldusa, Kərbəla hadisəsini dünyaya kimlər bəyan etmişdi?


Digərləri 27 Sen 2018 22:10:00 315 0

Aşurada hamı şəhid oldusa, Kərbəla hadisəsini dünyaya kimlər bəyan etmişdi?

Belə bir sual meydana gəlir ki, məgər İmam Hüseynin (ə) bütün dostları şəhid olmamışdı? Bəs Kərbəla hadisəsini kim nəql edib, tarixə həkk etmişdir?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu, düzdür ki, İmamın (ə) demək olar ki, bütün dostları şəhid oldular, ancaq Aşura hadisəsi, Kərbəlada cinayət törədənlərin istədiyi formada qalmadı. Uca Allah haqqın bütün dünyaya çatmasını təmin etdi.

Bu faciəni nəql edən simalar ilə tanış olaq:

1. İlk növbədə - İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə). O zaman 4 yaşı olan İmam Baqir (ə) də bu hadisəni nəql edən Məsumlar (ə) sırasındadır.

2. Həmid ibni Müslim Əzədi. Bu şəxs Ubeydullah ibn Ziyad (lən) ordusunun hadisələrini yazan şəxs olmuşdur. Nəql edilir ki, bu şəxs İmam Səccadın (ə) qətl edilməsinin qarşısını alan insan olmuşdur. Ona görə də Muxtar Kufəni ələ keçirən zaman ona aman vermişdi.