Azərbaycanda süzən aviabomba hazırlanıb FOTO


Digərləri 27 Sen 2018 22:16:00 207 0

Azərbaycanda süzən aviabomba hazırlanıb  FOTO

"ADEX-2018" Beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan süzən aviasiya bombası nümayiş olunub.

Son.az Trend-ə istinadən bildirir ki, aviabomba stasionar hədəfləri məhv etmək üçün özütuşlanan silahdır.

50 kiloqram kalibrli aviabombanın uçuş məsafəsi təyyarə uçuş sürəti və atma hündürlüyündən asılı olaraq minumum 10 min metr, maksimum isə 60 min metrdir. Bomba düşdüyü yerdən 20 metr kənara sapması var. 1600 mm uzunluğa malik, 203 mm diametrli aviabombanın çəkisi 65 kiloqramdır.

Qeyd edək ki, sentyabrın 25-də Bakı Ekspo Mərkəzində 3-cü "ADEX-2018" Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib.


Xəbərə aid fotolar