Rusiyanın Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası


Dünya 27 Sen 2018 21:41:00 251 0

Rusiyanın Skripalları zəhərləyənin əsl adının açıqlanmasına reaksiyası

Rusiya prezidenti Vladimir Putində olan məlumata görə, Londonun Skripalları zəhərləməkdə şübhəli bildiyi Ruslan Boşirov mülki şəxsdir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

"Bildiyimə görə, bu, qeyri-rəsmi araşdırmadır. Biz onun nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik".

R. Boşirovun (Anatoli Çepiqa) Rusiya qəhrəmanı olub-olmadığına gəldikdə isə D. Peskov bu barədə məlumatsız olduğunu bildirib.