"Azərsu"yun fəhləsi torpaq uçqunu nəticəsində ölüb FOTO


Digərləri 27 Sen 2018 21:43:00 268 0

"Azərsu"yun fəhləsi torpaq uçqunu nəticəsində ölüb  FOTO

Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun "Azərsu" ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar