Silsilə cinayətlər törədən qohumlar yaxalandı VİDEO


Digərləri 27 Sen 2018 21:22:00 271 0

Silsilə cinayətlər törədən qohumlar yaxalandı  VİDEO

Tovuzda silsilə oğurluqlar törədən qohumlar saxlanılıblar. Onlar bu ilin aprelindən avqust ayına kimi rayonun müxtəlif ərazilərində 6 evdən qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər. Onların toy edən ailələri hədəf seçdiyi məlum olub.

29 yaşlı Eşqin Hüseynov və onun dayısı oğlu 27 yaşlı Anar Cəfərli oğurluq etdikləri üçün Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər əsasən toy edən ailələrin mənzillərini hədəf kimi seçiblər və onlar evdə olmayanda mənzillərini qarət ediblər. Götürdükləri qızıl-zinət əşyalarını Tovuzda sataraq, pulunu aralarında bölüblər.

Saxlanılan Eşqin Hüseynov etiraf edib ki, girdiyi evlərin bəzilərində usta işləyib. Bu səbəbdən evin nə vaxt boş qalacağını yaxşı bilib. Plan qurub və qohumunu da əməlinə ortaq edib.