Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin institutu yaradılıb


Digərləri 27 Sen 2018 21:23:00 254 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin institutu yaradılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində Elmi-Tədqiqat Layihə İnstitutu yaradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, həmin institutun tərkibində tədris kombinatları yaradılıb: "Biz bölgələrdən işə götürülən sürücü və digər işçiləri institutda təşkil olunan kurslara cəlb edirik. Bölgələrdən gələn həmin şəxsləri biz burda yataqxana ilə də təmin edirik. Kursdan sonra həmin işçilər mütəxəssislərimiz tərəfindən yoxlanılır. Əgər onların işi bizi qane etməsə, yenidən kurslara göndəririk. Yəni yoldan anlayışı olmayan insanları işə cəlb etmirik".