Kakaonun inanılmaz faydası


Digərləri 27 Sen 2018 21:25:00 210 0

Kakaonun inanılmaz faydası

Almaniyalı alimlər araşdırma zamanı müəyyən edib ki, tərkibində kakao olan məhsullarda insan orqanizmi üçün çox vacib olan D2 vitamini var.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, günəş şüaları altında qurudulmuş kakao paxlasındakı D vitamini D2 vitamininə çevrilir. Alimlər müxtəlif kakao məhsullarının kütlə spektrometrik analizlərini aparıblar. Müəyyən edilib ki, kakao çox miqdarda vitamin D2 mənbəyidir.

Eyni zamanda, ekspertlər fərqli kakao məhsullarının müxtəlif məzmunlu tərkibə malik olduğunu vurğulayırlar. Məsələn, ağ şokoladın içində bu, demək olar ki, yoxdur.