Yaşlı kişi evini əsl zibilxanaya çevirib Üfunətdən


Digərləri 27 Sen 2018 21:11:00 302 0

Yaşlı kişi evini əsl zibilxanaya çevirib  Üfunətdən

Paytaxtın Nizami rayonunda sakinlərdən biri evini sözün əsl mənasında zibilxanaya çevirib. Üfunətdən mənzilə yaxınlaşmaq mümkün deyil. Qonşuların aidiyyatı qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem həll olunmayıb. Vətəndaş isə deyilənlərlə razılaşmır. O, binadan gələn iyəsiçovulların səbəb olduğunu deyir.

Üfunətdən yaşayış binasına girmək olmur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Nizami rayonu Naxçıvanski 205 ünvanında yaşayan sakinlər evini zibilliyə çevirən qonşunun əziyyətini çəkirlər.

Qonşular deyirlər ki, 3-cü mərtəbədə yaşayan sakin evini sözün əsl mənasında zibilliyə çevirib, zibil yeşiklərində əlinə nə keçirsə evə daşıyır.

Sözügedən mənzilə baş çəkib deyilənlərin döğru olub-olmadığını yoxlamaq istədik. Mənzil sahibi adını deməsə də, bizi inandırmağa çalışdı ki, binadakı üfunətin onunla əlaqəsi yoxdur. Evə isə kəskin qoxudan girmək mümkün deyil.


Xəbərə aid video