Bakı Şəhəri İcra Hakimiyyəti XƏBƏRDARLIQ EDİR


Digərləri 27 Sen 2018 21:13:00 340 0

Bakı Şəhəri İcra Hakimiyyəti XƏBƏRDARLIQ EDİR

Bakı Şəhəri İcra Hakimiyyəti güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib. Vətəndaşlardan avtomobillərini ağacların altında park etməmək tövsiyyə olunur.

Güclü külək paytaxt ərazisində vətəndaşlara məxsus 7 nəqliyyat vasitəsinə və 4 evə ziyan vurub.Yanvar ayından bu günə qədər güclü külək nəticəsində ağaclar aşdığından belə hadisələr yaşanıb.

Bu cür halların yenidən yaşanmaması üçün Bakı şəhəri icra hakimiyyəti yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi idarəsi paytaxt sakinlərinə xəbərdarlıq edib. İdarənin rəisi Orxan Məmmədov deyir ki,əksər hallarda vətəndaşlar avtomobillərini məhz ağacların altında saxlayırlar.Güclü külək əsən zaman isə bu olduqcaq təhlükəli vəziyyət yaradır.

Orxan Məmmədovun sözlərinə görə,Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var.Təkcə son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində küləyin təsirindən 30-dan çox ağacın budaqlarının sınması ilə bağlı idarəyə müraciət daxil olub.


Xəbərə aid video