Zavod havaya qara tüstü buraxır VİDEO


Digərləri 27 Sen 2018 21:16:00 266 0

Zavod havaya qara tüstü buraxır  VİDEO

Lənkəranda asfalt zavodundan ətrafa yayılan tüstü sakinlərin gününü sözün hər iki mənasında qara edib.Ərazidə yaşayan vətəndaşlar bununla bağlıaidiyyatı qurumlara müraciət ediblər. Məsələyə zavod rəhbərliyi də münasibət bildirib.

Lənkəranın Gərmətük kəndinin sakinləri kəndin ərazisində fəaliyyət göstərən asfalt emalı zavodundan çıxan qara tüstüyə görə narahatdırlar..

Sakinlər deyirlər ki, zavodun tüstü borsundan çıxan qurum gecə boyu yaxınlıqdakı evlərin içərsinə yayılır. Bu hal səhər saatlarına qədər davam edir.

Regional ekologiya və təbii sərvətlər idarəsindən bildirildi ki, problem ilə bağlı idarəyə də məlumat verilib.


Xəbərə aid video