Azərbaycanlı aparıcıdan ETİRAF: "Xəyanət etsəm də, həyat yoldaşım inanmaz, çünki…" FOTO


Kriminal 27 Sen 2018 21:05:00 376 0

Azərbaycanlı aparıcıdan ETİRAF: "Xəyanət etsəm də, həyat yoldaşım inanmaz, çünki…"  FOTO

Teleaparıcı Şaiq Ağayevin Son.az-a müsahibəsi.

- Şaiq, bilirəm ki, aktyorluq fakültəsini bitirmisiniz. Bu sənətə sizdə həvəs haradan yaranıb?

- Bizim nəsildə aktyor yoxdur. Efirdən həmişə məşhur aktyorlarımızı, sənətkarlarımızı izləyib həvəsə gəlmişəm. İstəyirdim ki, məşhur insan olum, insanlar məni sevsinlər. Bir az şöhrətpərəst insanam (gülür). Uşaq vaxtı qərar verə bilmirdim, deyirdim ki, polis olacağam, daha sonra fikrimi dəyişirdim ki, xeyr, müəllim olmaq istəyirəm. Hər bir sahəyə həvəsim var idi. Bütün bunların hamısı aktyorluqda cəmlənirdi. Buna görə də İncəsənət Universitetini seçdim. Xalq artisti Valeh Kərimovun tələbəsi olmuşam. Valeh müəllimin çox sərt, ciddi bir xarakteri var idi. Məni çox istəyirdi, çünki zəhmətkeş idim. Etüd dərslərinə çox böyük həvəslə hazırlaşırdım.

- Uzun illər Xaçmazda yaşasanız da, tələbəlik həyatınız Bakıda olub. Bakıda insanlarla münasibət qurmaq sizə çətin olmadı ki?

- Əlbəttə ki, çox çətin oldu. Özümdən böyük insanlara əl verib görüşəndə görürdüm ki, onlara qəribə gəlir. Biz kənddə belə görmüşdük. Valeh Kərimov məni başa salırdı ki, özündən böyük insanlara əl uzatma, gözlə qoy onlar sənə əl uzatsın. Bəzilərinə isə xanım deməkdən "xala" deyirdim.

- Region kanalı fəaliyyətə başlayanda ilk aparıcılarından biri də siz oldunuz. Necə oldu qərar verdiniz ki, aktyor yox, aparcı olacaqsınızı?

- Televiziyaya marağım hələ universitetdə oxuyanda yaranmışdı. Azər Süleymanlı Qubada aparıcılığa başlamışdı. Azərin məsləhəti ilə mən də Qubadakı televiziyaya getdim, amma oradakı mühit məni açmadı. Daha sonra Azər dedi ki, Xaçmazda yerli televiziya açılıb. O, məni region televiziyasında hamı ilə tanış etdi. 2007-ci ildə televiziyada ilk verilişimi aparmağa başladım.

- Tamaşaçılar sizi "Buralar" verilişindən sonra daha yaxından tanıdı.

- Bəli, düz qeyd etdiniz. Bu veriliş məni geniş kütləylə tanış etdi. Həmin verilişi də məndən öncə Azər Süleymanlı aparırdı.

- Bu verilişi siz o vaxt nişanlınız, indi isə həyat yoldaşınız olan Nuranə xanımla birlikdə aparırdınız. Tanışlığınız bu verilişdən sonra başladı, yoxsa...

- Bu verilişdən öncə biz birlikdə səhər proqramını aparırdıq. Çox ciddi, mədəni bir insan idi. "Buralar" verilişindən sonra o, mənim xarakterimə uyğunlaşdı. Rəsmən üzük taxılmasa da münasibətimiz ciddi idi. Artıq hər kəs bilirdi ki, bizim aramızda sevgi yaşanır.

- Evlilik təklifini necə etdiniz?

- Sadəcə olaraq, dedim ki, mən səninlə ailə həyatı qurmaq istəyirəm. Evlilik təklifi edəndən sonra televiziyada mənim üzümə belə baxmırdı. Çox utancaq qız idi. Mənim xarakterim isə tamamilə əksinə idi. Kənardan elə görünə bilərdi ki, 100 adamla münasibətim olub, amma elə deyildi. Hətta Nuranəyə demişdilər ki, onu biz qızla görmüşük, "hə" demə. Mənim qız dostlarımla çox yaxşı münasibətim var. Həyat yoldaşımın yanında o qədər inam qazanmışam ki, xəyanət etsəm, də inanmaz.

- Toyunuz kənddə oldu. Özünüzə bu cür toy arzulayırdınız, yoxsa məcburiyyətdən oldu?

- Xeyr, özümə kənddə toy arzulamırdım. Həmişə müasir, avanqard toy arzu edirdim. Anidən fikirləşdim ki, mən kənddə doğulmuşam, bütün qohumlarım kənddədir. Məni istəyən, onsuz da, durub kəndə toyuma gələcək. Bəlkə də sarayda toyum olsaydı, bu dərəcədə gözəl keçməzdi.

- Həyat yoldaşınızla hal-hazırda ARB-nin Bakıdakı studiyasında çalışırsınız. Eyni sahədə çalışmaq asandır, yoxsa...

- Əslində, rahatdır, çünki biz eyni vaxtda evdən çıxırıq, eyni vaxtda evə gəlirik. O qədər vərdiş olmuşam ki, ondan ayrı işləyə bilmərəm.

(Elə bu anda həyat yoldaşı zəng edir, gülərək "Müsahibə gedir, siz məni narahat edirsiniz. Özü də səndən danışan yerdə zəng edirsən. Gələcəyəm, narahat olma" deyib telefonu yerə qoyur).

- Bu inamı necə qazanmısınız?