Dünyada bir ilk Asteroid səthindən VİDEO


Digərləri 27 Sen 2018 20:52:00 246 0

Dünyada bir ilk  Asteroid səthindən VİDEO

"MİNERVA-II1" roveri Yerə yeni fotolar və video göndərib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, söhbət Ryuqyu asteroidinin səthində lentə alınan kadrlardan gedir. Bu, dünya tarixində bir ilkdir.

"Xayabusa-2" avtomatik stansiyası kosmosa 2014-cü ilin dekabr ayında göndərilib. Aparat Ryuqyu asteroidini tədqiq etməli və nümunələrlə Yerə qayıtmalı idi. Alimlər ehtimal edirlər ki, aparat Günəş Sisteminin ilkin materiyasından təmiz nümunələri Yerə gətirəcək. Yapon aparatı iyun ayının əvvəlində hədəfə nail oldu və asteroidə yaxınlaşmağa başladı.