Qurbanlı: "Bu kolleclər pulsuz olacaq"
Digərləri 27 Sen 2018 20:48:00 207 0
Orta məktəbi bitirən şagirdlər yalnız İslam dini haqqında deyil, eləcə də, digər dinlər barədə də məlumatlı olmalıdırlar. Yaxın gələcəkdə "Həyat bilgisi" fənnində müxtəlif dinlər haqqında məlumatların daha geniş şəkildə şagirdlərə çatdırılması istiqamətində işlər gedir.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət komitəsinin sədri bildirib ki, kitablarda bu barədə məlumatlar var, sadəcə, bu, daha da genişləndiriləcək:
"Bəzi insanlar elə bilirlər ki, orta məktəblərdə şagirdlərə mədrəsə səviyyəsində və ya din xadimləri kimi din öyrədiləcək. Ancaq bu cür olmayacaq".
Mənbə: milli.az