Şamaxıda Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının təntənəli açılış mərasimi olub


Kriminal 27 Sen 2018 20:40:00 311 0

Şamaxıda Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının təntənəli açılış mərasimi olub

Bü gün Şamaxıda Azərbaycanın tanışmış şair və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli önündə Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalının açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festivala Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 27-də şairin doğulduğu Şamaxı şəhərindən başlanılıb.

Mərasimdə İmadəddin Nəsiminin heykəli önündə təşkil olunan şeir-musiqi məclisində respublikamızın mədəniyyət və incəsənət xadimləri, həmçinin xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin poeziyasından söz açıb.