Nepalda sel 117 can aldı


Dünya 27 Sen 2018 19:56:00 274 0

Nepalda sel 117 can aldı

Nepalda son 5 ayda yağan şiddətli yağışlar güclü selə səbəb olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, sel nəticəsində 117 nəfər həlak olub. Bu barədə Nepalın daxili işlər nazirliyindən məlumat verilib.

Açıqlamaya əsasən, aprel ayından sentyabr ayına qədər yağan şiddətli yağışların səbəb olduğu sel 117 nəfərin ölümünə, 183 nəfərin xəsarət alması ilə nəticələnib.