Bakıda dələduzluqla məşğul olan xarici ölkə vətəndaşlarına hökm oxundu


Digərləri 27 Sen 2018 19:28:00 223 0

Bakıda dələduzluqla məşğul olan xarici ölkə vətəndaşlarına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hindistan vətəndaşları-Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan vətəndaşı Sajid Frazın işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mohammad Shakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Fraz isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə həmin şəxslər əsas cəzanı çəkdikdən sonra məcburi qaydada Azərbaycandan çıxarılacaqlar.

İİttihama görə, Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib məskunlaşdıqdan sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb.