"Mahmudçala" ovçuluq təsərrüfatında 26 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)


Digərləri 27 Sen 2018 18:36:00 250 0

"Mahmudçala" ovçuluq təsərrüfatında 26 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 395 kv.m əraziyə yeraltı baxış keçirilib.

Bakı. 25 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 1 054 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 176 900 kv.m əraziyə yerüstü və 20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, 1 sentyabr tarixində saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.