4 yaşında uşağı olduğu ortaya çıxdı


Dünya 27 Sen 2018 18:08:00 258 0

4 yaşında uşağı olduğu ortaya çıxdı

Ötən çərşənbə axşamı Kiyevdə təşkil edilən "Ukrayna Gözəllik Yarışı"nda Veronika Didusenko birinci olmuşdu.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışdan sonra 23 yaşlı gözəlin əvvəl ailə qurub, boşandığı və 4 yaşında bir oğlu olduğu ortaya çıxmışdı.

Təşkilatçılar, bunun həm Ukraynadakı yarış, həm də "Dünya Gözəllik Yarışı" qaydalarının əksinə olduğu üçün onu yarışdan diskalifikasiya etmişdi.

23 yaşlı gözəl tacının alınacağını və yarışda ikinci seçilən finalçıya veriləcəyini öyrənincə dəliyə dönüb.

"Maqazin" gündəmindən düşməyən Veronika Didusenko tacını qaytarmayacağını deyib.


Xəbərə aid fotolar