Tərtərin Şıxarx qəsəbəsində minaatan mərmisi tapılıb (FOTO)


Digərləri 27 Sen 2018 17:42:00 191 0

Tərtərin Şıxarx qəsəbəsində minaatan mərmisi tapılıb (FOTO)

Tərtərin Şıxarx qəsəbəsində həyətyanı sahədə 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub.

Bakı. Tərtərin Şıxarx qəsəbəsində həyətyanı sahədə 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 12:22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.