Qaradağ rayonuna yeni marşrut xətti açıldı


Digərləri 27 Sen 2018 17:40:00 295 0

Qaradağ rayonuna yeni marşrut xətti açıldı

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park" yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, "Qobu Park" yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.


Xəbərə aid foto